Məhkumlarla videogörüşə icazə verilə bilər


12:12     09 Mart 2021 hebsxanamehkum3.jpg

Məhkumla qısamüddətli görüşə gələ bilməyən şəxslər üçün videogörüşlərin təşkilinə icazənin verilməsi təklif edilir.

Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd olunub ki, videozənglərin təşkil edilməsinin məhkumun ailəsi və yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət təsirini, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə uzaqda yaşayanlar üçün) qənaəti, qadağan edilmiş əşyaların müəssisə daxilinə keçirilməsinin qarşısının alınmasında əhəmiyyətini, habelə xarici ölkələrdə geniş tətbiq edilən videogörüntü vasitəsi ilə əlaqə saxlama təcrübəsini nəzərə alaraq, Cəzaların İcrası Məcəlləsinə qısamüddətli görüşə gələ bilməyən şəxslər üçün videogörüşlərin təşkilini nəzərdə tutan əlavə edilsin.

Açar sözlər:

Oxunub: 329


Oxşar xəbərlər