Azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq
12:30 09 Mart 2021
Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Erməni işğalı nəticəsində indiyə qədər 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkiləri keçirilməyib və həmin ərazilərdən olan soydaşlarımızın konstitusyon hüquqları pozulub.
Femida.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edərkən deyib.
Nazir müavini bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə və dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır:
"Bu proseslərdən sonra həmin ərazilərdə yaşayış üçün zəruri infrastruklturun yaradılamsı, insanların qayıtması işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə yerli özünüidarə orqanlarının yaradılmasına başlanılacaq".
Femida.az
Oxunub: 349
Oxşar xəbərlər
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Azad olunmuş ərazilərin bərpası üçün əlavə 470 milyon manat ayrılıb
- Azad edilmiş ərazidə 2 tondan artıq çətənə kolu yandırılaraq məhv edilib
- Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb
- Azad edilən ərazilərdə daha 172 mina aşkarlanıb
- Azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin sayı açıqlanıb
- Azad olunmuş ərazilərə ilk növbədə kimlərin geri qaytarılacağı açıqlanıb
- Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb
- Azad olunmuş ərazidə avtobus qəzası ilə bağlı cinayət işi açılıb
- Azad edilən ərazilərdə daha 17 mina aşkarlanıb