Azərbaycanda övladlığagötürmə asanlaşdırılır


14:15     09 Mart 2021 ovladliga%20usaqq.jpg


Azərbaycanda övladlığagötürmə asanlaşdırılır.

Femida.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik edilib.

Belə ki, Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb. İndi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır.

Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

Dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul olunub.

Femida.az

Açar sözlər: #ailə   #övladlıq   #qanun  

Oxunub: 528