İşğaldan azad edilmiş 78 min hektar ərazidə əkin aparılıb


14:37     09 Mart 2021 21_03_09_1615286406.jpg

İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı potensialının dəqiqləşdirilməsi məqsədilə mütəxəsislər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların və çoxillik əkmələrin cari peyk təsvirləri əsasında vektorlaşması aparılıb və Coğrafi İnformasiya Sistemləri bazasına daxil edilərək xəritələşməsi təmin edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Məlumata görə, həmin torpaqlardan səmərəli istifadə edilməsi üçün Azərbaycanın Milli Ordusunun nəzarətində olan ərazilərdə 147 min hektar torpaq sahəsindən 78 min hektar payızlıq əkinlərin aparılması təşkil edilib.

Femida.az

Açar sözlər: #əkin   #işğal  

Oxunub: 463