Əcnəbilər Azərbaycanda bu qaydalarla övladlığa uşaq götürə bilər - Hüquqi maarifləndirmə
15:37 09 Mart 2021
Əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi proseduru müəyyənləşib
Femida.az-ınmhnh məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Mülki Prosessual Məcəllə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunacaq.
Mülki Prosessual Məcəllənin 347.1.1-347.1.6-cı maddələrində göstərilən sənədlər aşağıdakılardır:
- uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları )olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;
- uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə-övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;
- uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə-digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;
- övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;
- övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;
- yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd.
Analoji dəyişiklik Ailə Məcəlləsinə də təklif edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 4989
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Ukrayna rəsmisi: "2029-cu ildə Aİ-yə tamhüquqlu üzv olacağımıza ümid edirik"
- Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
- Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq
- Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb