“YAŞAT” Fondu indiyədək 4527 şəxsi öhdəliyə götürüb


15:58     09 Mart 2021 2021/03/yasat_fondu_1615291263.jpeg


Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir.

Femida.az xəbər verir ki, bu günə kimi 4527 şəxs öhdəliyə götürülüb.

Eyni zamanda, bugünədək 2775 şəhid ailəsi ziyarət olunub. Bundan başqa, 1788 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 13 347-dür.

Femida.az

Açar sözlər: #YAŞAT   #Fond  

Oxunub: 713