Azərbaycanda 1497 valideyn himayəsindən məhrum olmuş uşaq var


17:27     09 Mart 2021 usaq_doymek_0007.jpg

2020-ci ildə 27 uşaq (15 oğlan, 12 qız) övladlığa verilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, onlardan 23-ü Azərbaycan vətəndaşları, 4-ü isə əcnəbi yaxın qohum və ya ögey ata-ana tərəfindən övladlığa götürülənlərdir.

Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların ümumi 1,5 min nəfər (918 oğlan, 579 qız) təşkil edib. Onlardan 1183-ü sağlam, 311-i isə sağlamlıq imkanları məhdud uşaqlar olub.

Femida.az

Açar sözlər: #uşaq  

Oxunub: 399