Zəngilanda 1000-dən çox ağac əkilib


15:32     10 Mart 2021 2021/03/11b0c483-b6fe-3393-9633-8e57678a9468_850_1615376744.jpg

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidməti və ANAMA-nın əməkdaşlarının iştirakı ilə 1 000-dən çox ağac əkilib.

Femida.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O qeyd edib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun ağaclar əkilib: "Yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işləri aparılacaq, hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək".

Açar sözlər:

Oxunub: 363