Rusiyada son sutkada koronavirusdan 469 nəfər ölüb


12:55     11 Mart 2021 21_03_11_1615450673.jpg

Rusiyada son sutka ərzində daha 9270 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Femida.az -IN Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 360 823 nəfərə çatıb.

Son sutka ərzində 469 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 90 734 nəfərə çatıb.


Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Açar sözlər:

Oxunub: 320