Bu küçədə svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib


13:25     11 Mart 2021 21_03_11_1615454768.jpg


Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib.


Bu barədə Femida.az Bakı Nəqliyyatı Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, nəticədə:

• hərəkət növbəliliyi təmin edilib;

• təhlükəsizlik səviyyəsi artırılıb;

• əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.



Femida.az

Açar sözlər: #yol   #BNA  

Oxunub: 437