Sarkisyan Paşinyanın Baş Qərargah rəisi namizədini dəstəkləmədi


14:18     11 Mart 2021 21_03_11_1615458511.jpg

Ermənistan Prezidenti Armen Sarkisyan Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi ilə bağlı Baş nazir Nikol Paşinyanın təqdim etdiyi vəsatəti geri qaytarıb.

Femida.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sarkisyanın hökumətə etirazları bildirərək sənədi geri qaytardığı qeyd olunur.

Xatırladaq ki, martın 10-u Baş Qərargah rəisi Onik Gasparyanın vəzifə səlahiyyətlərinin qanuni olaraq bitməsindən sonra Nikol Paşinyan Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi üçün ölkə Prezidentinə vəsatət təqdim etmişdi.

Qeyd edək ki, A. Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olub. Ötən ilin iyun ayında isə ölkədə tətbiq olunan karantin qaydalarına baxmayaraq oğluna toy keçirdiyi məlum olduqdan sonra istefa vermiş, onun yerinə Onik Qasparyan Baş Qərargah rəisi təyin edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 459