Qarabağda sülhməramlılar üçün yeni şəhərcik salındı


10:16     12 Mart 2021 2021/03/rus-s-1615527414_1615530472.jpg


Azərbaycanın Əsgəran rayonunda Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən 60 yerlik blok-modul şəhərciyi salınıb.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, sülhməramlı kontingentin hərbi heyəti üçün tikilən sayca doqquzuncu şəhərcikdir. Burada şəxsi heyətin rahat yaşayışı üçün lazımı şərait təmin edilib, şəhərcikdə yeməkxana, hamam və camaşırxana məntəqələri fəaliyyət göstərir. Eyni zamanda, şəhərcik elektrik enerjisi, isitmə, su, kanalizasiya və digər bütün zəruri komponentlərlə təchiz olunub.

Yaşayış yerlərinə mebel, məişət texnikaları yerləşdirilib, süni örtüklü idman zalı yaradılıb.

Femida.az

Açar sözlər: #sülhməramlı  

Oxunub: 447