Sosial yardımı “makler” vasitəsilə almağa cəhd cinayətdir
12:47 12 Mart 2021
“Əgər vətəndaşın ünvanlı dövlət sosial yardımı (ÜDSY) almaq hüququ varsa, özü rahat şəkildə sənədlərini sistemə daxil edə bilər”.
Femida.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.
DSMF sədri bildirib ki, bəzən vətəndaşlar “makler”lər tərəfindən özlərinə ÜDSY düzəltdirir:
“Hüquqi cəhətdən düzgün şəkildə göstərilən xidmətə etiraz və arqumentimiz yoxdur. Amma əgər ÜDSY təyin olunması üçün vətəndaşın məlumatının saxtalaşdırılması olursa, təbii ki, bu, qanun pozuntusu, hətta cinayətdir. Bəzən vətəndaş heç bir yerdə işləmir (halbuki ÜDSY iş yeri olan şəxsə verilir), amma “makler” tərəfindən saxta müəssisədə işləməsi və müqaviləsinin olduğu göstərilir. Sistemə də məlumatlar daxil edildikdə vətəndaşın adı işləyən kimi görünür. Qeyd edim ki, vətəndaşa ÜDSY təyin olunduqdan sonra mütəmadi monitorinqlər həyata keçirilir və müşahidə edilir ki, müəssisədə adı qeyd olunan 200 nəfərin hamısı ÜDSY alır. Halbuki onların heç biri üçün sığorta ödənişi edilmir. Çünki əmək haqqından sosial sığorta ödənişi edilməlidir. Ona görə də ÜDSY təyin ediləndən bəzən 2 gün sonra həmin müəssisə vətəndaşın müqaviləsinə xitam verir. Bu kimi faktlarla bağlı dərhal aidiyyəti üzrə müraciət edilir. Misal olaraq, 20-yə yaxın müəssisənin qeyri-qanuni fəaliyyəti ilə bağlı prokurorluq orqanlarına müraciət edilib”.
Femida.az
Oxunub: 378
Oxşar xəbərlər
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- Pensiya yaşı azaldılacaq? - DSMF sədrindən açıqlama
- DSMF sədri: "Artımdan sonra əmək pensiyasının 385 manata çatacağı proqnozlaşdırılır"
- Şəkidə DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanılıb
- DSMF pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib
- DSMF bəzi şəxslərin pensiyasının artmamasının səbəblərini açıqlayıb
- DSMF: "Əmək pensiyaları indeksləşdirilərək artırılacaq"
- DSMF: "Bütün pensiyalar noyabrın 15-də tam ödəniləcək"
- DSMF-nin aparatının və yerli orqanlarının saxlanılması xərcləri artırılır
- DSMF-nin gəlirləri 208 milyon manat artıb