Şamaxıda iki qonşunun evi yanıb


20:11     12 Mart 2021 21_03_12_1615564101.jpg

Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə bu gün axşam saat 18:30 radələrində Şamaxı şəhərinin M.F.Axundzadə küçəsindəki 24 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1925-ci il təvəllüdlü Faiq Mirzəyevə məxsus 90 kvadratmetr və qonşusu, 1963-cü il təvəllüdlü Oqtay Mirzəyevə məxsus 100 kvadratmetrlik mənzillərdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Bir evdə baş verən yanğının qısa vaxtda digər mənzilə keçməsi nəticəsində ümumilikdə 100 kvadratmetr sahə və içəridəki əşyalar yanıb, evlərin qalan hissəsi və yaxınlıqdakı digər tikililər alovdan mühafizə edilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 470