Abşeronda keçmiş məhkumdan silah götürülüb


20:22     12 Mart 2021 21_03_12_1615566190.jpg

Abşeronda 7 dəfə məhkumluq həyatı yaşayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini 65 yaşlı Cənnət Məcidov saxlanılıb. Onun üzərindən bir ədəd 9 milli metrlik “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılaraq polis bölməsinə gətirilən şəxs odlu silahı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib.

Qeyd edək ki, C. Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb. Onlardan 4-ü qanunsuz olaraq silah gəzdirmə, 1-i oğurluq, 2-si isə narkotik maddələrin alqı-satqısına görədir.

Hazırda C. Məcidovun üzərində gəzdirdiyi “Makarov” tipli tapançanın hansısa bir cinayət əməlində istifadə edib-etməməsi araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 322