Məhkəmə-Hüquq Şurasının üzvlərinə verilən əlavə pul təminatının hesablanması qaydası dəyişir
21:02 12 Mart 2021
Məhkəmə-Hüquq Şurasının üzvlərinə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün Ali Məhkəmənin hakimlərinin əmək haqqının deyil, vəzifə maaşının 25 faizi məbləğində aylıq əlavə pul təminatı veriləcək.
Femida.az -IN məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentə tövsiyə olünan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, əməkhaqqı əmək stajının müddətindən asılı olaraq fərqli olur. Əmək Məcəlləsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə etdirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Vəzifə maaşı isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
Hazırda bir sıra normativ hüquqi aktlarda əmək haqqı ifadəsi vəzifə maaşı ifadəsi ilə əvəz edilib. Layihədə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun təkmilləşdirilməsidir.
Oxunub: 1190
Oxşar xəbərlər
- Məhkəmə-Hüquq Şurası arvadını qətlə yetirən hakimlə bağlı qərar verdi
- Məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq genişlənir
- Məhkəmə-hüquq sistemində şəffaflıq artırılacaq
- Məhkəmə-hüquq islahatları ilə bağlı fərmanın icrası diqqət mərkəzindədir
- Məhkəmə-hüquq islahatları çərçivəsində yeni institut yaradılır: Özəl məhkəmə ekspertləri
- Məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başladı
- Məhkəmə-hüquq islahatları ilə bağlı Prezidentin təsdiqlədiyi ikinci qanunvericilik paketi - TAM SİYAHI
- Məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsini şərtləndirir
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Fuad Ələsgərov şərh edir
- Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradıldı