İki rayonda vətəndaşlardan qanunsuz silah götürülüb


13:06     13 Mart 2021 ov-tufengi.jpg

Daxili işlər orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bəhrəmtəpə qəsəbə sakinləri F.Maqsudovda və R.Əsədovda müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi aşkarlanıb.

Digər əməliyyatı Şabran Rayon Polis şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat tədbiri ilə Xəlilli kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan nömrəsi silnmiş “TOZ-16” markalı ov tüfəngi və 10 ədəd patron götürülüb.

Açar sözlər:

Oxunub: 379