Bərdə-Ağdam dəmir yolu minalardan təmizlənir


14:28     13 Mart 2021 2021/03/16066-1615629268_1615631364.jpg

Azərbaycan Minatəmizləmə Agentliyi Ağdam rayonunun işğaldan azad olunan Baş Qərvənd kəndində ərazilərin minalardan təmizlənməsini davam etdirir.

Femida.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin qərargah rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, həmin ərazi Bərdə-Ağdam dəmir yolu xəttidir, uzunluğu 25 kilometr, eni isə 40 metrdir:

"Agentlik tərəfindən aparılan əməliyyatlar nəticəsində son bir ayda həmin ərazinin 2 kilometri, ümumilikdə isə 37 min 400 kvadratmert sahə yoxlanılıb, yoxlama zamanı 35 ədəd tank əleyhinə mina, 41 ədəd piyada əleyhinə mina, 2 ədəd isə partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Əməliyyatlar davam edir. Bu günə qədər ərazidən iki xətt boyunca piyada əleyhinə mina və bir xətt boyunca tank əleyhinə mina aşkar edilib. Bu gün aparılan əməliyyat nəticəsində 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina aşkar edilib".

Açar sözlər:

Oxunub: 364