İranda ötən sutka 73 nəfər koronavirusdan ölüb


18:30     13 Mart 2021 21_03_13_1615643247.jpg

İranda ötən sutka ərzində 73 nəfər koronavirusdan (COVID-19) ölüb.

Femida.az -ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61142 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7802 nəfər koronavirisa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 1739360 nəfərə çatıb. Virus daşıyıcılarından 3836 nəfərin vəziyyəti ağırdır.

Açar sözlər:

Oxunub: 297