Şərurun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib


18:53     13 Mart 2021 2021/03/1615645694480_SSYAmrdL_1615647309.jpeg

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi Sədərək rayonunun tabeliyinə verilib.

Femida.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqləditi n “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Bununla əlaqədar “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da analoji dəyişiklik edilib. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilib.

Açar sözlər:

Oxunub: 380


Oxşar xəbərlər