Ağdaş sakinindən 900 qram narkotik götürülüb


19:33     13 Mart 2021 21_03_13_1615648323.jpg

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər də məhkum olunmuş Əziz Əzizov saxlanılıb.

Femida.az -ın xəbərinə görə həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan torbada, çəkisi 900 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 351