Gürcüstanda bir saat ara ilə iki zəlzələ olub


20:30     13 Mart 2021 21_03_13_1615651570.jpg

Gürcüstanın qərbində, Oni şəhərinin cənub-şərqində bir saat fərqilə iki zəlzələ qeydə alınıb.

Femida.az -ın sputnik-georgia.ru-ya istinadən verdiyi xəbərə görə, hər iki zəlzələnin episentri Tbilisinin 147 kilometrliyində, 12 kilometr dərinlikdə olub.

Yeraltı təkanın ilki yerli vaxtla 14:55-də qeydə alınıb., digəri bir saat sonra baş verib. Təkanların birinin maqnitudası 3.7, digərinin maqnitudası isə 4.3 olub.


Tələfat və dağıntı barədə məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 361