Binəqədi rayonunda avtomobil piyadanı vurdu


09:10     14 Mart 2021 piyada5.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Yolu keçən 1971-ci il təvəllüdlü Əmirov Bağdar Qorxmaz oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 306