Almaniyada etiraz aksiyalarında azı 12 polis xəsarət alıb


12:32     14 Mart 2021 2021/03/BZ-ERRnz4fEAlzJS1vNH85-(1)_1615710808.jpg

Almaniyanın Drezden şəhərində koronavirusa görə tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyaları zamanı azı 12 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.


Bu barədə “Qafqazinfo” “Die Zeit” qəzetinə istinadən xəbər verir.

Onun məlumatına görə, bir gün ərzində 47 qanun pozuntusu qeydə alınıb. Etirazçılar, həmçinin polisə müqavimət göstəriblər.

“Die Zeit” qeyd edir ki, azı üç manifestant hüquq-mühafizə orqanları əməkdaşlarına hücum etdiyinə görə saxlanılıb.

Qeyd edək ki, şənbə günü minlərlə insan Almaniyanın bir sıra şəhərlərində koronavirus məhdudiyyətlərinə qarşı etiraz etmək üçün toplaşıb. Nümayişçilər təqdim olunan bütün qadağaların ləğvini tələb ediblər.

Açar sözlər:

Oxunub: 435