Lənkəranda Qarabağ qazisi bıçaqlandı


13:59     14 Mart 2021 bicaq.jpg

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.

Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 394