Sumqayıt bulvarında intihara cəhdin qarşısı alınıb


15:33     14 Mart 2021 21_03_14_1615719290.jpg

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Femida.az -ın məlumatına görə, hadisə Sumqayıt bulvarında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri vətəndaş 1991-ci il təvəllüdlü Əmirov Yusif Gülbəy oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 387