Ağstafada qanunsuz silah saxlayanlar məsuliyyətə cəlb olunub


18:00     14 Mart 2021 2021/03/4756A70F-960F-428C-97F1-94F26B101A35_1615730518.jpeg

Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan 1 ədəd,”ZK” modelli, 24 kalibirli tək lüləli ov tüfəngi, rayonun Ağsöl kənd sakini “İJ” markalı, 20 kalibirli, tək lüləli ov tüfəngi,Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ” markalı,16 kalibirli, tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alıxan Bayramovdan 1 ədəd “İJ” markalı, 28 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilib.

Bundan başqa, davam etdirilən tədbirlər nəticəsində rayonun Sadıqlı kəndi ərazisində 1 ədəd, sahibsiz “TOZ” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi aşkar edilib.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 429