Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb


12:20     15 Mart 2021 21_03_15_1615795663.jpg

Xarici işlər naziri Ceyhun Bayramovun İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilir.

Femida.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycan-İsveç ikitərəfli əlaqələri, bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, ATƏT-lə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

Açar sözlər:

Oxunub: 276