Fevralda bəzi ərzaq məhsullarının qiyməti bahalaşıb


13:28     15 Mart 2021 erzaq%20mehsullari%20femida.jpg

Bu ilin fevral ayında əvvəlki aya nisbətən un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoqurt, xama, kəsmik, pendir, yumurta, kərə və bitki yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, fındıq, şabalıd, kələm, xiyar, pomidor, balqabaq, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, şokolad məmulatları, çay, kola içkisi, meyvə şirəsi və arağda daha çox bahalaşma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində olub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 394