Rövşən Əkbərovun həbsi rəsmən təsdiqləndi


09:17     16 Mart 2021 2021/03/rovshen_1615871908.jpg

Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən Femida.az-a bildirilib ki, R.Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlər doğrudur.

Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib. İctimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda R.Əkbərovun həbs edilməsi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 895