Sabah Əfv Komissiyasının sonuncu iclası keçiriləcək


09:45     16 Mart 2021 hebsxana%20qadin%20azadliq%20efv.jpg

Sabah Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Femida.az xəbər verir ki, bu iclasdan sonra komissiya işini yekunlaşdıracaq. Müsbət rəy verilən müraciətlər toplanıb Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, indiyədək Komissiyada 1000-dək müraciətə baxılıb. Novruz bayramına qədər növbəti Əfv sərəncamının imzalanması gözlənilir.

Açar sözlər:

Oxunub: 754