Narkotacirdən 13 kq heroin və avtomat götürülüb


12:00     16 Mart 2021 2021/03/16158-1615878895_1615881659.jpg

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində odlu silah və 13 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhəri, Yasamal rayon sakini T.Ağayev və Salyan rayon sakini R.Xəlilov Biləsuvar rayonunun ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Keçirilən baxış zamanı T.Ağayevin üzərindən bir bükümdə psixotrop maddə metamfetamin, Rövşən Xəlilovun əlindəki torbadan isə 1 ədəd "Kalaşnikov" markalı avtomat, ayrı-ayrı plastik qablarda ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 460