Ağdamda 5 nəfər minaya düşdü


18:25     16 Mart 2021 21_03_16_1615904759.jpg

Ağdam rayonunda 5 mülki şəxs piyada əleyhinə minaya düşüb.

Femida.az -ın məlumatına görə, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlərə məcburiköçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.

Faktla bağlı araşdırma aparılır. //Trend.az

Açar sözlər:

Oxunub: 466