Çavuşoğlu qazax həmkarı ilə Qarabağı müzakirə etdi


15:12     17 Mart 2021 cavusoglu4.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstandan olan həmkarı Muxtar Tileuberdi ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib.

Femida.az xəbər verir ki, bunu Çavuşoğlu Tileuberdi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, görüşdə ikitərəfli və bir sıra regional, aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ mövzusu, Şimali Kipr, Əfqanıstan və Rusiya ilə münasibətlər müzakirə edilib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası ilə bağlı fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 434