Əhalinin üçdə iki hissəsi peyvənd olunarsa, epidemik zəncir qırıla bilər - Təyyar Eyvazov


16:29     17 Mart 2021 2021/03/teyyar_eyvazov_121020_1615983698.jpg

Ölkədə risk qrupuna aid olan insanların koronavirusa yoluxması ölüm hallarına səbəb ola bilər.

Femida.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, hər bir infeksion xəstəlik zamanı risk qrupları olur: "Vaksinasiya Strategiyasında bu risk qrupları müəyyənləşib. Həmin şəxslərdə yoluxma olduğu halda xəstəliyi ağır keçirirlər və ölüm halları olur. Buna görə ilk növbədə həmin şəxslərə peyvənd vurulur. Aşağı yaşlarda olan şəxslər də xəstəliyi ağır keçirə bilər. Amma belə hallar az olur. Ona görə ilk olaraq həssas qruplar vaksinasiyadan keçir. Təbii ki, digər insanlar da vaksinasiyadan keçəcəklər. Əhalinin üçdə iki hissəsi peyvənd olunarsa, epidemik zəncir qırıla bilər”.

Açar sözlər:

Oxunub: 765