Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları təltif edilib - SİYAHI


20:58     17 Mart 2021 21_03_18_1616020301.jpg

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əlibəyli Şəfəq Ənvər qızı

“Tərəqqi” medalı ilə

Allahyarov Kamil Hüseyn oğlu

Əliyeva Fatma Oruc Kuli qızı

Səfiyeva İnarə Bahadur qızı.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi münasibətilə Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:

Bəşirli Xatirə Bədrəddin qızı

Sadırxanov Ridvan Sultanoviç

Şamilova Kübra Əsədulla qızı.

Femida.az

Açar sözlər:

Oxunub: 390