Azad olunan ərazilərə keçmək istəyənlər saxlanıldı


10:27     18 Mart 2021 21_03_18_1616048855.jpg


Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad olunan, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunan ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib.

Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 352