Ombudsman əfv edilənlərə müraciət etdi


10:27     19 Mart 2021 21_03_19_1616135227.jpg


"Prezidentin imzaladığı əfv sərəncamı 625 məhkuma şamil edilir".


Femida.az-ın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.

"Bu, bizi, məhkumları, onların ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk".

O qeyd edib ki, müvəkkil tərəfindən 72 nəfər barəsində müraciət olunmuşdu:

"Cənab Prezidentin sərəncamı ilə həmin şəxslər azadlığa buraxılıb. Mən bu münasibətlə bütün məhkumları təbrik edirəm. Onları dəvət edirəm ki, cənab Prezidentin bu humanist addımından nəticə çıxararaq gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olsunlar".

Femida.az

Açar sözlər:

Oxunub: 1286