Əfv sərəncamı 6 və 7 saylı cəzaçəkmə müəssisələrində icra olunub


10:44     19 Mart 2021 efv_gf_yeni.jpg


Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 və 7 saylı cəzaçəkmə müəssisələrində icra olunub.

Femida.az xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsindən 26 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb.

Daha 14 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

7 saylı cəzaçəkmə müəssisəsində isə sərəncam ümumilikdə 14 nəfərə şamil olunub.

Tədbir zamanı 8 məhkuma arayışlar təqdim edilib və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 6 nəfər məhkumun cəzası isə yarıya endirilib.

Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.

Açar sözlər: #əfv  

Oxunub: 1098