Ədliyyə orqanlarında işə qəbul üçün müsahibələr keçiriləcək


12:36     19 Mart 2021 2019/12/edliye_esas_1576734055.jpg


Ədliyyə Nazirliyinin qulluğa qəbul üzrə Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən nazirliyin icra və probasiya, habelə qeydiyyat qurumlarında (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün elan edilmiş müsabiqə üzrə fevral ayının 13-də keçirilmiş növbəti test imtahanından müvəffəqiyyət qazanmış və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə 2021-ci ilin aprel ayının 5-dən etibarən söhbət keçirilməsinə başlanılacaq.

Müsahibə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Femida.az

Açar sözlər: #ədliyyə  

Oxunub: 442