Qadını döyüb 2000 manatlıq telefonunu aldı


13:19     19 Mart 2021 2021/03/60545d662194b60545d662194c161614167060545d662194860545d6621949_1616145700.jpg

Kəpəz rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də saat 2 radələrində şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib.


DİN mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 392