Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib
14:29 19 Mart 2021
Dövlət başçısının ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına yönələn ekoloji siyasətinə, ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin yaranmış ənənəyə uyğun olaraq yaşıllıq sahələrinin artırılması, ağac əkininin təşviqi məqsədilə martın 19-da Baş Prokurorluğun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə növbəti ağacəkmə kampaniyası keçirilib.
Femida.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında 1 000-dən artıq həmişəyaşıl ağac tingi əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Əkilən ağacların dibinə münbit torpaq və mineral gübrə verilib.
Ağacəkmə aksiyalarının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Oxunub: 390
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokurorluq Tərtərdə 21 yaşlı gəncin qətli barədə məlumat yayıb
- Prokurorluq Goranboyda bacı və qardaşın qətli ilə bağlı məlumat yayıb
- Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
- Prokurorluq Saatlıda qardaşını öldürən şəxslə bağlı məlumat yayıb
- Prokurorluq partiya üzvünün faciəvi ölümü ilə bağlı məlumat yayıb