"Azərsu" bayramda gücləndirilmiş rejimində işləyəcək


15:20     19 Mart 2021 2021/03/16161-1616151812_1616152855.jpg

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-dən Femida.az-a verilən məlumata görə, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional və yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik sistemi tətbiq ediləcək. Bu məqsədlə ASC sədrinin müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

Əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz və operativ fəaliyyət göstərəcək. Bayram günlərində planlı təmir və qoşulma işləri həyata keçirilməyəcək.

Bayram günlərində “Azərsu”nun qəza, metrologiya xidmətləri 24 saat fəaliyyət göstərəcək. İçməli su xətlərində qəzaların, tullantı su xətlərində tutulmaların qarşısını almaq, həmçinin sayğaclarda yaranmış nasazlıqları aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görüləcək.

İstehlakçılar içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar ASC-nin 955 Zəng Mərkəzinə müraciət edə bilər.

Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook.com sosial şəbəkəsi vasitəsi ilə də müraciətlərini ünvanlaya bilər.

Açar sözlər:

Oxunub: 303