Pensiya alanlara şad xəbər


15:20     25 Dekabr 2015 bankomat7.jpg

“Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb”.


Femida.az xəbər verir ki, bu barədə fondun sədri Elman Mehdiyev bildirib.

Pensiya ödənişinin maliyyə təminatını ilə bağlı suallara aydınlıq gətirən fond sədri qeyd edib ki, DSMF 2015-ci ildə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb.

E. Mehdiyev eyni zamanda, fondun maliyyə qöstəricilərini şərh edərək deyib ki, 2015-ci ilin yekununa görə fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.

Açar sözlər:

Oxunub: 1727