Vilayət Eyvazov sıra baxışı keçirib
19:57 19 Mart 2021
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 19-da respublikanın şəhər və rayon polis orqanlarında vakant olan Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 160 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Qeyd edək ki, onlardan 57 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər olub.
Tədbirdə çıxış edən general-polkovnik Vilayət Eyvazov onları Novruz bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayaraq daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.
Oxunub: 403
Oxşar xəbərlər
- Vilayət Eyvazov Elnur Zeynalovu Bakıda yüksək vəzifəyə TƏYİN ETDİ
- Vilayət Eyvazov mayoru yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirib
- Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov Polis Akademiyası rəisinin birinci müavinini təqaüdə göndərib
- Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edib
- Vilayət Eyvazov Lənkəranda vətəndaşları qəbul edəcək
- Vilayət Eyvazov generalı yüksək vəzifəyə təyin edib
- Vilayət Eyvazov baş leytenanta VƏZİFƏ VERDİ
- Vilayət Eyvazov bu bölmənin rəisini nöqsanlara görə işdən çıxardı