Myanmada nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 211 nəfər ölüb


10:20     20 Mart 2021 21_03_20_1616220522.jpg

“Myanmada fevralın 1-dən bəri keçirilən nümayişlərdə polis və hərbçilər arasında baş verən toqquşmalar zamanı ölənlərin sayı 200-ü keçib”.

Femida.az xəbər verir ki, bu barədə BMT-nin Myanmadakı Humanitar Koordinatoru vəzifəsini icra edən Endryu Kirkvyd video brifinqdə bildirilib.

E.Kirkvyd qeyd edib ki, əldə edilən məlumata görə, son 7 həftə ərzində azı 211 nəfər öldürülüb: “Ölənlərin sayı bəlkə də daha çoxdur. Onların arasında ən az 15 uşaq var”.

Onun sözlərinə görə, BMT səlahiyyətliləri tərəfindən Myanmada toplanan məlumatlara görə, ən azı 2.4 min nəfər nəzarətə alınıb: Onların bəziləri zorakılığa məruz qalıb”.

Qeyd edək ki, BMT-nin Baş Katibi Antonio Quterreş cümə günü Myanmada ordu tərəfindən nümayişçilərə qarşı edilən şiddəti qınayıb.

“Jurnalistlər də daxil olmaqla, dinc nümayişçilərin öldürülməsi və özbaşına həbsləri tamamilə qəbuledilməzdir”, deyə A.Quttereş vurğulayıb.

Açar sözlər:

Oxunub: 381