Masallıda avtomobil piyadanı vuraraq öldürüb


12:00     20 Mart 2021 21_03_20_1616227264.jpg

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində hələki müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İ.İsrafilov vurulub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Açar sözlər:

Oxunub: 401