Azərbaycana yaz gəlib


13:52     20 Mart 2021 21_03_20_1616233996.jpg

Azərbaycana yaz fəsli qədəm qoyub.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Femida.az-a verilən məlumata görə, yazın gəlişi martın 20-si Bakı vaxtilə saat 13:37-də baş verib.

Bu vaxtdan etibarən gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Femida.az

Açar sözlər:

Oxunub: 443