Ərdoğan Azərbaycanla əməkdaşlığa dair iki sənədi təsdiqlədi


14:03     20 Mart 2021 21_03_20_1616234031.jpg

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər ki, qardaş ölkənin dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişi də təsdiqləyib.

Femida.az

Açar sözlər: #Türkiyə   #Ərdoğan  

Oxunub: 489