Şəmkir sakinini elektrik cərəyanı vurub, vəziyyəti ağırdır


18:11     21 Mart 2021 21_03_21_1616333644.jpg

Şəmkirdə bədbəxt hadisə baş verib.

Femida.az -ın məlumatına görə, 1979-cu il təvəllüdlü Aydın İbrahimi bədənin müxtəlif hissələrinin yanğı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, A. İbrahimi şirkətlərin birində elektrik xətlərini yeniləyən zaman yüksək gərginlikli elektrik xətti qırılaraq üstünə düşüb.

Faktla bağlı araşdırma aparılır

Açar sözlər:

Oxunub: 372